Top.Mail.Ru

Ermənistan Azərbaycana cavab verdi: “Bu təhdidlərin heç bir təsiri olmayacaq …”

Ermənistan Azərbaycana cavab verdi: “Bu təhdidlərin heç bir təsiri olmayacaq …”

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarici İşlər Nazirliyinin Şuşada bu saatlarda keçirilən “andiçmə mərasimi” ilə bağlı yaydığı bəyanata cavb verib.

Dosye.org erməni mənbələrinə istinadla xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyanın yaydığı açıqlamada bildirilir ki, Azərbaycanın müharibə təhdidləri – istər, bu, bəyanat formasında olsun, istərsə də genişmiqyaslı hərbi təlimlər şəklində, qeyri-konstruktiv mövqeyin tərkib hissədir:

“Bütün bunlar Qarabağ məsələsində erməni tərəflərinin mövqelərinə və “Artsax”da baş verən demokratik proseslərə heç bir şəkildə təsir edə bilməyəcək”.

A.Nağdalyan Ermənistanın sülh prosesinə “sadiq olduğunu” bir daha vurğulamaqla yanaşı, onu da deyib ki, Ermənistan Dağlıq Qarabağ ermənilərini təmsil edən “yeni hakimiyyətə” hər cür dəstək olmaqda davam edəcəkdir.

DOSYE.ORG

COMMENTS