“Ermənistan çoxdan Bakı və Ankaranın əyalətinə çevrilib”

“Ermənistan çoxdan Bakı və Ankaranın əyalətinə çevrilib”

“Paşinyan Ermənistanın suverenliyini çoxdan Türkiyə-Azərbaycan tandeminə verib”.

DOSYE.ORG xəbər verir ki, bunu keçmiş deputat Arman Abovyan deyib.

O iddia edib ki, baş verənlərin hamısı guya, Ermənistan və Azərbaycan hakimiyyətinin birgə səhnələşdirdiyi “türk teatrı”dır. “Məqsəd Azərbaycanın təqdim etdiyi dövlət tərəfindən dəstəklənən tələblərini qanuniləşdirməkdir”.

Abovyanın sözlərinə görə, Ermənistan dəhliz verməyə razılaşıb və ya dəhliz məntiqini qəbul edib. “Başqa sözlə desək, nəticəsi bizim üçün ağır olacaq bir vəziyyətlə yenidən qarşılaşırıq”.

COMMENTS