Ermənistanın “Lragir.am” saytı: “Ermənistanda ən varlı nazir maliyyə naziri Qaqik Xaçatıryandır”
Hələ ki, insanlar Ermənistanda şərəfsiz “erməni inqilabı”nın eyforiyasəını yaşayır. Amma heç ehtimal etmirlər ki, Ermənistanda elə bir abu-hava cərəyan edir ki, hətta “Arinçın süqutu”nu geridə qoyar. Dosye.org bunu Ermənistanın “Lragir.am” nəşrinə istinadən xəbər verir. Erməni nəşri qeyd edir ki, erməni hakimiyyəti daha bir korrupsiya əleyhinə struktur yaradır. Amma nədənsə bu karrupsiya əleyhinə layihə məhz başda baş katibin köməkçisi Viktoriya Nulland olmaqla, İdarələrarası ABŞ nümayəndə heyətinin Ermənistana səfərindən sonra meydana çıxdı. Ölkə rəhbərliyi ilə görüşdə nulland korrupsiya əleyhinə mübarizənin vacibliyini qeyd edərək, ABŞ-ın dab u mübarizəyə dəstək verəcəyini bildirib.
Erməni nəşri qeyd edir ki, korrupsiya əleyhinə mübazirə isə olduqca konkret hərəkətlər nəzərdə tutur – ifşa və işdən azad edilmələri (cinayət təqibi), rəsmi mövqey kimi gəlir əldə etmək.
Əgər bu layihə gərçəkləşərsə, o zaman Ermənistanda bütün kütləni həbs etmək gərəkir. Hamını da həbs etmək olmaz. Karrupsiya əleyhinə mübarizə isə qayda olaraq, bəzi əlaqəsiz insanları “neytrallaşdırmaq” məqsədir daşıyır. Qalanları isə bu əməliyyatdan nəticə çıxarır.
Lakin təsadüfən gürcüstanın transformasiyası korrupsiya əleyhinə mübarizə ilə eyni zamana düşdü. İndi Saakaşvili Ukraynada korrupsiya əleyhinə mübarizə aparmaq məqsədi ilə ABŞ-ın təyinatı ilə Ukrayna prezidentinin baş məsləhətçisi təyin olundu. Deməli Saakaşvilinin əlində bütün Ukrayna məmurlarının gəlirləri haqqında məlumat olacaq. Böyük ehtimalla elə bir an gələcək ki, ABŞ Saakaşvilini Ermənistan prezidentinin də, məsləhətçisi təyin edəcək. Amma hələ ki, korrupsiya əleyhinə mübarizə işini elə Ermənistanın mövcud hakimiyyətinə tapşırıblar. O da öz vacibliyini nümayiş etdirərək, beynəlxlq kreditlərə giriş əldə etmək istəyir.
Erməni nəşri onu da qeyd edir ki, Sarukyandan sonra növbəti “qurban” Respublikaçılar Partiyasının feodalları olacaq. Bu artıq real görünür. Nədənsə erməni nəşrləri gözlənilmədən məmurların deklarasiyaları hakkında məlumatı dərc etmək qərarına gəldilər. Məlum oldu ki, Ermənistanda ən varlı nazir maliyyə naziri Qaqik Xaçatıryandır.
Belə çıxır ki, ölkədə korrupsiya əleyhinə mübarizə əslində bir ölkənin dünyaya beynəlxalq sərmayələrin, siyasi, maliyyə və müdafiə üçün açıq olmasını sübut edir.
Bu yömndə Ermənistan hakimiyyəti böyük ehtimalla böyük qurban verməli olacaq. Onu isə Qaqik sarukyanın intellekt çatışmamazlığı ilə yola vermək olmayacaq. Burada korrupsiya öz sözünü deyəcək.
Hazırda Ermənistan hakimiyyətində kimin növbəti qurban olacağı müzakirə olunur. Qeyd etmək gərəkir ki, xüsusən də Serj Sarkisyan səviyyəsində siyasəti feodallardan təmizləmə işinin aparılacağı haqqında bəyanat verildi. O da təsadüfi deyil ki, Manvel Badeyan parlamentdə “öz feodalalrınızı da üzə çıxarın” deyərək, fikrini bildirmədi. Bunları nzərə alaraq gələn həftə Ermənistan üçün böyük və həlledici hadisələrin cərəyan edəcəyi bir həftə kimi yadda qalacaq. Xüsusən də bu günlərdə Ermənistanda növbəti seçilər haqıənda daha çox danışılır. Xatırlayırsınızsa 2012-ci ilə parlament seçkiləri zamanı Serj Sarkisyan seçkilərdə biznesmenlərin və oliqarxların seçilməyəcəyini bildirmişdi. Amma Serj Sarkisyanın qardaşından başqa bütün oliqarx və biznesmenlər parlamentdə öz kürsüsünü tuta bildi. Misal üçün Aleksanyan və Ruben Ayrapetyan parlament seçkilərində yer almaları ilə bağlı əməlli başlı sirk nümayiş etdirmişdilər.
Lakin Qaqik Sarukyanın məsələsi bir daha onu göstərdi ki, daha əvvəlki kimi olmayacaq. Bu da o deməkdir ki, daha əvvəl fəaliyyət göstərən kvota sxemi çalışmayacaq. Müqavimət göstərən hər kəs isə Korrupsiya Əleyhinə komissiyanın tədqiqat obyektinə çevriləcək. Maraqlıdır görəsən sözü gedən komissiyaya kim rəhbərlik edəcək? Bəlkə var-dövləti ilöə bağlı erməni mətbuatının çox sayda materiallar yaydığı . Ovik Obramyan olacaq? Təəcüblənməyə deyməz. Çünki Ermənistanda prezidentdən tutmuş dilənçiyə qədər bir sözü deyib, digərini edirlər. Yalan da boğazdan yuxarıdır artıq. Yəni Ermənistan öz yalanları içərisində artıq boğulmaq üzrədir.
COMMENTS