Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yanğınlar törədir

Yanğın səhərədək davam etsə də, təmas xəttini aşmayıb
 
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.
 
APA-nın xəbərinə görə, ötən gecə düşmən Ağdamın və keçmiş Ağdərə rayonunun  işğal olunmuş ərazilərini yandırıb.
 
Alovun təmas xəttini aşması halı müşahidə olunmasa da, səhərədək davam edən yanğınlara qarşı tədbirlərin görülməsi üçün müvafiq qurumlar hazır vəziyyətə gətirilib.

COMMENTS