Ermənistan mətbuatının acınacaqlı STATİSTİKASI

Ermənistanda fəaliyyət göstərən “Söz azadlığının müdafiəsi komitəsi” 2014-cü ildə ölkədə KİV sahəsində mövcud olan problemlərin hesabatını aparıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, komitənin sədri Aşot Melikyan 2014-cü ili Ermənistan mətbuatı üçün çətin il adlandırıb:

“2014-cü il ayrı-ayrı dövlət strukturlarının söz azadlığını məhdudlaşdırmaq, jurnalistlərə təzyiqlər və onların fəaliyyətinə maneələr yaratmağı ilə yadda qalıb. “Feyklər haqqında” qanunun və hüquq-mühafizə orqanlarının jurnalistlərdən informasiya mənbəyinin adını açıqlamasını tələb etməsi Ermənistanda “KİV haqqında” Qanuna ziddir”.

Statistik məlumatlara görə, 2014-cü ildə jurnalistlərə qarşı 9 fiziki zorakılıq, 43 təzyiq və 13 informasiya əldə etmək hüququnun pozulması faktı qeydə alınıb. Ölkə məhkəmələrində mətbuata qarşı qaldırılan 22 şikayət ərizəsi icrata götürülüb. Onlardan 17-si şərəf və ləyaqətin alçaldılmasına, 3-ü müəlliflik hüquqlarının müdafiəsinə, 1-i informasiyaz mənbəyinin açıqlanmasına və 1-isə başqa xarakterli iddialar olub.

COMMENTS