Ermənistan Müdafiə Naziri lağa qoyuldu

Ermənistanın xəbər portallarından biri martın 22-də könüllü şəkildə Azərbaycan tərəfə keçmiş erməni əsgəri Andranik Qriqoryanla bağlı ölkənin Müdafiə Nazirliyinin sərgilədiyi ilkin mövqeyə istehza edib. Musavat.com xəbər verir ki, bu barədə e-press nəşri yazıb.

Xatırladaq ki, hadisə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan öz facebook səhifəsində insidentə qiymət verilməsinin mümkünsüz olduğunu bildirmiş və əminliklə belə bir qeyd etmişdi: “Hesab edirik ki, azərbaycanlılar olayla əlaqədar tezliklə bu cür şərh yayacaqlar ki, guya dişinə kimi silahlanmış erməni rembosu Azərbaycana hücum edib və əsgərlər onu güclə zərərsizləşdirə biliblər”.

Lakin sayt nazirliyin versiyasının yalan çıxdığına diqqət yönəldib və Qriqoryanın təslim olma səhnəsinin təfərrüatları və açıqlamaları ilə bağlı Azərbaycanın təqdim etdiyi videoya istinad edərək yazıb: “Amma sən demə, bu, heç də dişinə kimi silahlanmış “rembo” deyilmiş”.

Nəşr onu da bildirib ki, Azərbaycana qaçan əsgərin atası Ararat Qriqoryan artıq yerli polis şöbəsinə aparılıb. Onun taleyi barədə heç nə deyilmir.

COMMENTS