Ermənistan ordusu acınacaqlı günlərini yaşayır

Ermənistanın Artik şəhərinin polis rəisi Tiqran Petrosyan başqalarının hesabına “xeyriyyəçilik”lə məşğul olmaq qərarına gəlib.

 

APA TV-nin məlumatına görə, polis rəisi yerli sakinləri və mağaza sahiblərini döyüş növbəsində dayanan hərbçilər üçün ərzaq və siqaret toplamağa çağırıb. Petrosyan bildirib ki, toplanan ərzaq və siqaret məhsullarını cəbhə xəttində qulluq edən hərbçilərə şəxsən özü çatdıracaq. Lakin sonradan məlum olub ki, polis rəisi yığılan ərzaq və siqareti heç yerə göndərməyib və mənimsəyib.

 

Bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb. Ermənistanda ən böyük müəssisə şəhər mağazaları sayılır, ölkədə böyük müəssisələr və şirkətlər mövcud deyil. Polis rəisinin ərzaq yardımı üçün vətəndaşlara və mağaza sahiblərinə müraciət etməsi bu fikri təsdiqləyir. Digər tərəfdən baş verən hadisə Ermənistan ordusunun ciddi təchizat problemləri ilə üzləşdiyi gerçəyini ortaya qoyur.

COMMENTS