Top.Mail.Ru

Ermənistan ordusunda gözlənilməz yoxlama keçirilir

Ermənistan ordusunda gözlənilməz yoxlama keçirilir

Ermənistan silahlı qüvvələrində qoşunların döyüş hazırlığının vəziyyətinin öyrənilməsi üçün palanlaşdırılmamış yoxlamalar keçirilir.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook”dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, gözlənilməz yoxlamalar iyulun 31-də səhər tezdən başlayıb. Mətbuat katibi bildirib ki, yoxlamalar yüksək səviyyəli döyüş hazırlığı vəziyyətinə gətirilən birliklərin, hərbi hissələrin ilk eşelonunun və mərkəz tabeli qüvvələrin bir hissəsində aparılır.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən tağımların döyüş qabiliyyətinin, yaranmış vəziyyətə daha tez cavab vermək bacarığının yoxlanılması tapşırığı qoyulub.

Bundan başqa, tağımlar və yardım qüvvələri arasında qarşılıqlı əlaqə üzrə məsələlərin də yoxlanılması planlaşdırılır. Yoxlamalar zamanı yanğına nəzarət təlimləri aparılacaq, əməliyyat-taktiki epizodlara dair təlimlər keçiriləcək.

DOSYE.ORG

COMMENTS