Ermənistan Qarabağ müharibəsində təklənəcək

Tevos Arşakyan: “Qarabağ mühribəsində İrəvanın heç bir manevr imkanı yoxdur”

Qarabağda müharibə başlayarsa, Ermənistan yalnız öz gücünə arxalanmalıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni şərhçi Tevos Arşakyan KTMT baş katibi general-polkovnik Nikolay Bordyujanın Moskva-Astana-İrəvan telekörpüsündə ssələndirdiyi ifadələri şərh edərkən bildirib.

Telekörpüdə Bordyuja bildirib ki, ərazisində təhlükə yaranarsa, KTMT Ermənistana hər cür yardım göstərəcək. “Amma KTMT ölkələri Qarabağı Azərbaycan ərazisi sayırlar. Bu mövqeyi biz Ermənistan Avrasiya İttifaqına girən zaman Minsk və Astanada gördük. Yəni Qarabağda biz yalnız öz gücümüzə arxalanmalıyıq”, – deyə Tevos Arşakyan bildirib.

Məqalə müəllifinin fikrincə, Qarabağ mühribəsində İrəvanın heç bir manevr imkanı yoxdur: “ABŞ və Avropa da Ermənistana təhlükəsizlik zəmanəti verməyəcəklər”.

COMMENTS