“Biz əminik ki, əzəli torpaqları olan Kəlbəcərə gedən və ermənilərə girov düşən Dilqəm Əsgərov, Şahbaz Quliyev tezliklə girovluqdan azad olunacaqlar”.
ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov ermənilərin girovlar üzərində qurduğu məhkəmə şoudan başqa bir şey olmadığını deyib.
“Bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da girovların azad olunması ilə bağlı bəyanat verib. Bizim istədiyimiz odur ki, beynəlxalq təşkilatların Ermənistana qarşı bu münasibəti yalnız bəyanatla kifayətlənməsin. Bu bəyanatların arxasında bir iş də dayansın. Ermənistana təzyiq göstərsinlər ki, şou xarakterli, qondarma məhkəmələrdən, beynəlxalq qanunlara zidd əməllərdən əl çəksin”.
Birinci müavin Dilqəm Əsgərovun Rusiya vətəndaşı olmasına diqqət çəkib və Rusiyanın indiyə kimi öz vətəndaşına sahib çıxmamasından təəssüfləndiyini deyib. “Sergey Lavrov bir müddət əvvəl bəyanat verdi ki, bununla bağlı bir iş görəcəklər. Lakin ortada nəticə yoxdur”.
Xatırladaq ki, bu gün Xankəndidə kəlbəcərli girovların apelyasiya şikayətinə baxılacaq və onların üzərində növbəti qondarma məhkəmə qurulacaq.
COMMENTS