Ermənistana getməyəcək, Azərbaycanla oyunu isə canlı izləyəcək

Ermənistana getməyəcək, Azərbaycanla oyunu isə canlı izləyəcək

“Mənim Qazaxıstan Futbol Federasiyasının rəhbərliyi ilə söhbətim oldu. Qərara aldıq ki, mən milli komandanın növbəti matçlarında iştirak etməyəcəm”.

QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov bildirib. O, Qazaxıstan Futbol Federasiyasının saytında dərc olunan müsahibəsində deyib: “Mənim məşqçi korpusum təyinatım barədə yeni xəbər tutub. Ona görə də bizə vaxt lazımdır. Mənim Ermənistana getmək üçün imkanım yoxdur. Çünki bugünlərdə millini qəbul etməyə hazırlaşmırdım”.

Stanislav Çerçesov bu ay Macarıstanda yoxlama matçı keçirəcəkləri Azərbaycan millisi ilə oyuna isə gedəcəyini söyləyib: ” Azərbaycan milli komandasına qarşı oyunu izləmək üçün Macarıstana getməyi planlaşdırıram. Çünki komandanı şəxsən görmək istəyirəm. Aydındır ki, hazırlıq prosesində və heyətin qurulmasında iştirak etməyəcəm. Komanda bu iki oyunu Ruslan Baltiyevin rəhbərliyi altında keçirəcək. Yeni məşqçi heyəti isə öz işinə FİFA-nın iyun təqvimindən sonra başlayacaq”.

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan milli koamandaları arasında yoxlama matçı iyunun 11-də Macarıstanın Sombatxey şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

COMMENTS