Top.Mail.Ru

Ermənistanda əsgər anaları maddi yardım tələb edirlər

Ermənistanda əsgər anaları maddi yardım tələb edirlər

Ermənistanda siyasi böhrana uğrayan sosial üsyan başlayır. Ölən və yaralanan erməni əsgərlərin anaları hökumətdən maddi yardım tələb edirlər.

Müxtəlif erməni siyasətçilərin etiraflarına görə, İkinci Qarabağ müharibəsi zamanı 5 minə yaxın erməni əsgəri öldürülüb, daha 10 mini isə yaralanıb.

“Qolos Armeni” qəzetinin qeyd etdiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan “bu cür analar çoxdur və hökumətin hamısına kömək etmək üçün kifayət qədər pulu olmadığını” bildirib.

“Ancaq Paşinyanın ailəsinin bu gündə yaşadığı malikanəni təmir etmək üçün 2 milyon dolları, qızına xarici avtomobil almağa yarım milyon dolları tapılıb”, – nəşr yazır.

DOSYE.ORG

COMMENTS