Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olunub

Ermənistanda əsgər yoldaşını qətlə yetirən hərbçi saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA “news.am”a istinadən məlumat verir.

Məlumata əsasən, 1997-ci il təvəllüdlü Arman Akopyan kiçik çavuş Qaqik Mesropyanı qətlə yetirməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, qətl hadisəsi mayın 10-da baş verib.

Səhər saatlarında əsgər Qaqik Mesropyana döyüş postunda odlu silahdan atəş açılıb, o hospitala aparılarkən yolda ölüb.

Dosye.az

COMMENTS