Ermənistanda 10 nəfərdə “donuz qripi” tapıldı

Ermənistanda 10 nəfərdə “donuz qripi” tapıldı

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən bildirir.

Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan isə qeyd edib:

“Gəlin, buna “donuz qripi” deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də “donuz qripi” simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Dosye.org

COMMENTS