Ermənistanda 9 nəfər saxlanıldı

Ermənistanda 9 nəfər saxlanıldı

Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar.

Ermənistan KİV-si xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı mübarizə komitəsinin mətbuat xidməti məlumat yayıb.

Müəyyən edilib ki, Artaşat ərazi vahid sosial xidmət mərkəzinin Sosial iş və məşğulluq proqramları şöbəsinin müdiri, həmin idarənin şöbələrindən birinin rəhbəri X.S və böyük sosial işçi L.M. vətəndaşlardan rüşvət alıb.///Report

COMMENTS