Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
***
09:52
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.
Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.
COMMENTS