Ermənistanda biabırçı olay

Ermənistanın “Slaq.am” saytı: “Ermənistanın qeyri hökümət təşkilatları 42 milyon məbləğində qrant alır”

“Ermənistanın qeyri hökümət təşkilatları 42 milyon məbləğində qrant alır”. Bu haqda Dosye.org Ermənistanın Slaq.am saytına istinadən xəbər verir. Məlumata görə, Amerika və Böyük Britaniya strukturları Ermənistana 42 milyonluq qrant proqramı təqdim edir. Erməni nəşri hesab edir ki, bu böyük ehtimalla Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin kəskin bəyanatla çıxışı ilə bağlıdır. O Moskvada fəaliyyət göstərən “Noev Kovçaq” adlı erməni nəşrinə müsahibəsində bildirib: “Hesab edirəm ki, Rusiya özünü Ermənistan mətbuatında daha çox biruzə verməlidir. Buna şübhəsiz ki, böyük ehtiyac var. Lakin Ermənistanda Rusiya-Ermənistan münasibətlərini əngəlləməyə çalışan bir sıra QHT-lərin fəaliyyətləri dayandırılmalı və ya neytralizə edilməlidir. Görünür bunun üçün digər variantlardan istifadə etmək lazımdır. Yeri gəlmşkən Rusiyada fəaliyyət göstərən QHT-lərin işini tənzimləyən müəyyən qann tətbiq edilib. Lakin nəticə etibarilə, Rusiya-Ermənistan münasibətinə mane olmağa çalışanlar, Rusiya və Ermənistanın pisliyini istəyənlərdir”.

COMMENTS