Ermənistanda çağırış: Tavuşdakı etiraz nəticə verməyəcək, İrəvanı almaq lazımdır

Ermənistanda çağırış: Tavuşdakı etiraz nəticə verməyəcək, İrəvanı almaq lazımdır

Təşkilatçılar mühüm uğur əldə etmək istəyirlərsə, İrəvan Tavuşda kəndlərin verilməsinə qarşı etiraz aksiyasının mərkəzinə çevrilməlidir.

Bu barədə “Sputnik Ermənistan”a siyasi strateq Vigen Akopyan deyib.

“Etiraz hərəkatı İrəvana keçirilməsə, o zaman bu aksiyalar bir anda başa çatacaq və elan edilmiş delimitasiya prosesi də unudulacaq”, – ekspert bildirib.

O, əmindir ki, hakimiyyətin hərəkətlərinin qarşısını almaq üçün mübarizənin mərkəzini İrəvana köçürmək lazımdır.

Həmçinin, onun fikrincə, etiraz təşkilatçılarının indi istifadə etdiyi bütün o texnika və üsullar ümumi strategiyanın yalnız bir elementi olmalıdır.

Eyni zamanda, siyasi strateq Erməni Apostol Kilsəsinin liderlik üçün müəyyən resurslara malik olduğunu görür.

“Etirazların təşkilatçıları çox yaxşı informasiya dəstəyi göstərirlər – media sahəsində, sosial şəbəkələrin erməni seqmentində aktivlik var. Amma qeyd olunan amillər olmadan bütün bu səylər nəticə verməyəcək”, – o bildirib.

COMMENTS