Top.Mail.Ru

Ermənistanda etirazlar başlandı, yollar bağlandı

Ermənistanda etirazlar başlandı, yollar bağlandı

Yanvarın 20-də Ermənistanın müxtəlif bölgələrindən olan ət satıcıları və fermerlər hökumət binası qarşısında növbəti aksiya keçirib. 

Cebhe.info-nun məlumatına görə, etirazçılar sallaqxalarla bağlı yeni tələblər irəli sürüb. Aksiya iştirakçıları Tiqran Mets prospektini bağlayıb. Fermerlərdən birinin sözlərinə görə, bir sakinin iki donuzu ən yaxın sallaqxanaya aparması üçün 90 kilometr məsafə qət etməsi lazımdr. “Bu isı ağlabatan deyil”-etirazçı fermer belə deyib. “Sanitariya standartlarından danışırlar. Gedin bu kəsmə məntəqələrindəki təmizliyə baxın, sonra gəlib həyətimizdəki sallaqxanalara baxın”-deyə hökumət binasının qarşısına toplaşanlar bildirib.

Onlar yolu yalnız baş nazir Nikol Paşinyan onların yanına enəndə açacaqlarını bəyan ediblər. Aksiyanın qarşısını almaq üçün hökumət evinin qarşısına çoxsaylı polis qüvvələri cəlb edilib. Hazırda Ermənistanda cəmi 22 sallaqxananın fəaliyyət göstərdiyi bildirilir.

DOSYE.ORG

COMMENTS