Ermənistanda etirazlar başlayır

Ermənistanın “Nairit” kimya zavodunun keçmiş əməkdaşları hər həftənin bazar ertəsi, cümə axşamı və şənbə günü Prezident administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək haqqında düşünürlər.

APA-nın armtoday.info saytına istinadən verdiyi məlumata görə, onlar bu addımı hakimiyyətin keçmiş işçiləri unutmaması üçün atacaqlarını bildiriblər.

Onlar prezidenti qarşılamaq üçün bazar ertəsi səhər 09:00-da Baqramyan prospekti və Dəmirçiyan küçəsində toplaşmaq niyyətindədirlər.

COMMENTS