Top.Mail.Ru

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb.

Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

COMMENTS