Ermənistanda öldürülən rus əsgəri haqda Putinə məruzə ediləcək

“Gümrüdə Rusiya hərbçisinin öldürülməsi haqda prezident Vladimir Putinə məruz ediləcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Qətl haqda məlumat yenicə yayılıb. Odur ki, prezidentə məruz edilməsi ilə bağlı sualınızı cavablandıra bilmirəm. Sözsüz ki, KİV-in məlumatı müvafiq quruma ötürüləcək”, – o jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, bu gün Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi İvan Novikov qətlə yetirilib. Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb və o, cinayət törətdiyini etiraf edib.

COMMENTS