Ermənistandan əsir düşmüş hərbçilərlə bağlı İLK ETİRAF

Ermənistandan əsir düşmüş hərbçilərlə bağlı İLK ETİRAF

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində əsir düşən erməni hərbçilərlə bağlı ilk açıqlama gəlib.

DOSYE.ORG xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsində erməni hərbi əsirlərin maraqlarının təmsilçisi Siranuş Saakyan “Qraparak” qəzetinə bildirib ki, erməni əsirlərin sayı 20-yə yaxın ola bilər.

O əlavə edib ki, sosial şəbəkələrə yerləşdirilən bütün videolar tədqiq olunur. Qırmızı Xaç Komitəsi də hərbçilərin yaxınlarının müraciətlərinə əsaslanaraq məlumat toplayır.

COMMENTS