Ermənistanın apreldə müharibəyə başlamaq planı – Təzə xəbər var

Ermənistanın apreldə müharibəyə başlamaq planı – Təzə xəbər var

Mart ayının əvvəllərində Caliber.az nəşri belə bir məlumat yaymışdı ki, sülhə hazır olduğu barədə xarici auditoriyaya yönəlmiş bəyanatlarına baxmayaraq Ermənistan hakimiyyəti fəal şəkildə Azərbaycanla yeni müharibəyə hazırlaşır.

Nəşr yazmışdı ki, rəsmi İrəvanın son hərəkətlərinin məntiqi – revanşist əhval-ruhiyyənin güclənməsi və sürətli militarizasiya prosesi – bölgənin Ermənistan tərəfindən törədiləcək yeni təxribat, yeni müharibə astanasında olduğunu göstərir. Caliber.az redaksiyası etibarlı mənbələrə istinadla İrəvanın apreldə müharibəyə başlamağı planlaşdırdığını da vurğulamışdı.

Aprelin ikinci ongünlüyü başa çatır. Müharibə ehtimalını aradan qalxmış saymaq olarmı? Olarsa, bunu nə ilə izah etmək mümkündür – təxribat planlarının ifşası, Azərbaycan tərəfinin xəbərdarlığı, beynəlxalq aləmdə vəziyyətin dəyişməsi və ya digər faktorlar?..

Ermənistanın apreldə müharibəyə başlamaq planı - <span style=color:red>Təzə nə xəbər var?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, keçən ayın əvvəllərində Caliber.az nəşrinin Ermənistanın müharibəyə başlayacağı haqda yaydığı məlumat olduqca mötəbər məlumat idi: “Faktiki olaraq bu məlumat yayılandan sonra da şərti sərhəddə Ermənistan tərəfindən təxribatların intensivləşməsi, o cümlədən Avropa İttifaqının kəşfiyyatçılardan ibarət qrupunun sərhəd boyu hərəkətlərinin artması müşahidə olundu. Təxribatlar təkcə Azərbaycan Ordusunun mövqelərinə atəş açılmasında yox, mövqelərimiz üzərində dronlarla kəşfiyyat xarakterli məlumat toplama cəhdlərində də özünü göstərdi. Bütün bunların hamısı onu deməyə əsas verirdi ki, Ermənistan daha ciddi təxribatlara hazırlaşmaqdadır. Amma Azərbaycan tərəfinin də bu məsələ ilə bağlı mövqeyi bəlli idi. Azərbaycan Prezidenti həm ADA Universitetindəki beynəlxalq forumda, həm də Almaniya Prezidenti ilə görüşündə bu məsələlərə toxundu. Yəni Azərbaycan ən yüksək səviyyədə Ermənistanın sürətlə silahlanması məsələsinə münasibət bildirdi, xatırladıldı ki, bu proses diqqətlə izlənir, hansısa təhlükə olsa tərəddüd etmədən adekvat addımlar atılacaq”.

Ermənistanın apreldə müharibəyə başlamaq planı - <span style=color:red>Təzə nə xəbər var?

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti sülh müqaviləsinin imzalanması ilə bağlı da bir daha öz mövqeyini ifadə etdi: “Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycanın həm bu təxribatlara hazırlıq səviyyəsini, sərt cavab vermə potensialını, həm də Ermənistanın sülh müqaviləsini imzalatmaq üçün başlatdığı təzyiq kampaniyasının nəticə vermədiyini görüb öz mövqeyində müəyyən korrektələr etməyə məcbur oldu.

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə parlamentdə həm də daxili auditoriyaya hesablanmış bir bəyanat verdi. O bildirdi ki, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq, bu hər iki ölkənin xalqlarına lazım deyil. Əlbəttə, bu, müsbət bəyanatdır. Amma ümumən şərti sərhədlərdə az olsa da gərginliyin qalması ehtimalı var. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, gərginlik qalmaqda davam edəcək”.

Nailə Qasımova

COMMENTS