Ermənistanın müdafiə naziri təcili Dağlıq Qarabağa gəlib

Ermənistanın müdafiə naziri Seyran Ohanyan martın 21-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib.

Dosye.org Modern.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ohanyan cəbhənin şimal-şərq istiqamətinə gedib. O, işğal olunmuş ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə baş çəkib, 19 martda baş vermiş və ermənilərin itki verdiyi döyüş ərazisindəki postlardakı vəziyyətlə tanış olub, hərbçilərlə söhbətləşib, işğalçı ordunun komandirlərlərilə görüşüb.

Məlumata görə, erməni nazir yüksək rütbəli komandirlərlə vəziyyəti müzakirə edib, Azərbaycan tərəfinə adekvat cavab zərbəsi endirməyin yolları barədə fikir mübadiləsi aparıblar.

Seyran Ohanyanın Xankəndindəki hərbi hospitala yerləşdirilən yaralı erməni əsgərlərə də baş çəkdiyi, onların sağlıq vəziyyətini müzakirə etdiyi, valideynlərilə görüşdüyü bildirilir.

Verilən məlumatlardan belə görünür ki, erməni tərəfi 19 mart döyüşündə verdikləri itkidən ciddi təşvişə düşüb.

 

COMMENTS