Ermənistanın müharibə PLANI İŞƏ DÜŞÜR – Qərbdən İrəvana TƏHLÜKƏLİ TAPŞIRIQ

Ermənistanın müharibə PLANI İŞƏ DÜŞÜR – Qərbdən İrəvana TƏHLÜKƏLİ TAPŞIRIQ

Ermənistanda iqtidarla bəzi qüvvələr arasında ciddi fikir ayrılığı getdikcə daha da katostrofik həddə çatmağa başlayır. Nikol Paşinyan hakimiyyəti Rusiya məsələsini çözmək istəyərkən, özünü daha çıxılmaz bir problemin içinə atıb. 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistan Qarabağda leqallaşdırmaq istədikləri separatizmin bir gün özləri üçün ən böyük maeə olacağını bəlkə də təxmin etmirdilər.

Lakin bu gün proseslər göstərir ki, əslində Ermənistan o illər ərzində ən böyük quyunu elə özünə qaıb. Belə ki, Qarabağ separatçılarının İrəvandakı “nümayəndəlik” binası və orada toplaşanlar Ermənistan üçün əlavə gərginlik mənbəyinə çevrilməyə davam edirlər. Separatçıların keçmiş lideri Samvel Şahramanyan Fransa nəşrinə müsahibəsində deyib ki, onlar İrəvanda fəaliyyətlərinin davam etdirirlər.

Halbuki, yaxşı xatırlayırıq ki, Şahramanyan Qarabağdan qaçmağa hazırlaşarkən “dövlət strukturlarını” buraxdığını elan etmişdi. Onun yeni açıqlaması Azərbaycandan çox baş nazir Nikol Paşinyana meydan oxumaqdır. Separatçıların keçmiş “lideri” bu cür bəyanatla Ermənistan hakimiyyətinə tabe olmadıqlarını nümayiş etdirmiş olub. Məhz bu açıqlamanı iqtidara təhdid hesab edən Nikol Paşinyan bildiriib ki, Ermənistanda yalnız bir hökumət və bir iqtidar ola bilər.

Əslində Paşinyan həmin “nümayəndəliyin” fəaliyyətini qanundakənar elan edib həmin binanı separatçıların əlindən almalı olduğu halda, biz bunun əksini görürük. Paşinyan çox güman bu məsələni birdəfəlik həll etmək cəsarətini özündə görmür. Baxmayaraq ki, həmin binada toplaşanlar Paşinyana müxalif mövqedədirlər və istənilən daxili və xarici gücün hökumətə qarşı planlarında yer ala bilərlər. Həmin binada toplaşanlar eyni zamanda iki ölkə arasında sülh prosesinə də əngəldirlər.

Bütün bu məsələlərdən Nikol Paşinyan da çox yaxşı agahdır. Lakin belə görünür ki, havadarları onlara “toxunulmazlıq” statusu verilməsi üçün rəsmi İrəvan qarşısında xüsusi öhdəlik qoyub. Qərb (Aİ) – ABŞ tandemi hadisələrin bu cür inkişafında indiki vəziyyətdə ən maraqlı tərəf kimi görünür. Onlar Azərbaycana qarşı ərazi iddialarının qalmasını, rəsmi Bakıya bu yolla təzyiq mexanizmlərini gücləndirdikləri qənaətindədirlər. Halbuki sözdə, sənəddə hər iki tərəf Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Məsələ əmələ gələndə isə ortaya tamamilə fərqli bir mənzərə çıxır.

Aprelin 5-də Brüsseldə planlaşdırılan Aİ-Ermənistan-ABŞ müştərək görüşünün nəticəsindən görünür öncədən xəbərdar olan rəsmi İrəvan Rusiyadan qurtulmağın formulu gözündə gördüyü Qərb yaxınlaşmasını nəzərə alaraq, oradan gələn hər tapşırığa boynunu qıldan incə hesb edir. Bu səbəbdən də Nikol Paşinyan Şahramanyan və onun kimiləri sonrakı mərhələ üçün düşünür.

Doğrudur, qarşıdangələn üçtərəfli danışıqların detalları, imzalanacaq sənədlər hələ ki, açıqlanmayıb. Lakin iştirakçıların tərkibi (Paşinyan, fon der Lyayen və Blinken) görüşün əsas nəticəsinin Ermənistana siyasi, maliyyə və hərbi dəstəyin artırılması olacağını öncədən təxmin etməyə imkan verir. Brüssel görüşündə Qərbin İrəvana və xüsusilə Paşinyan hökumətinə öz dəstəyini bir daha bəyan edəcəyi indidən məlumdur. Avropadan Ermənistan hökumətinə növbəti, daha irimiqyaslı maliyyə yardımı və sərmayə paketinin ayrılması ehtimalı mövcuddur. Həmçinin, görüşün nəticəsi olaraq Avropa Sülh Fondu kimi təsisatların xəttilə İrəvana hərbi dəstəyin gücləndirilməsi mümkündür. Hətta tərəflər arasında hər hansı bir formada hərbi paktın imzalanması bəyan edilməsə də, baş verəcəyi istisna edilmir.

Hadisələrin bu cür cərəyan etməsi Ermənistanı növbəti dəfə böyük oyunun kiçik qurbanına çevirir. Bu dəfə Qərb nəzərində…

Artıq 3 gün sonra planlaşdırılan görüşün fəsadlarını indidən aydın şəkildə hiss etmək mümkündür. Ermənistan Azərbaycan ilə şərti sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmaq prosesini günlərdir daha da sürətləndirməkdədir. Ermənistanın Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərinə canlı qüvvə və hərbi texnika cəmləməsinin bir izahı var: Ermənistan Cənubi Qafqazdakı geosiyasi düzəni dəyişmək üçün növbəti dəfə nəhənglərin alətinə çevrilir.

Ermənistanın bu etdiyi nə hərbi təlimdir, nə də sıradan bir adi rotasiya qaydası. Görünür Ermənistan yeni ağalarının cızdıqları plana uyğun olaraq 5 aprel görüşünə zəmin hazırlamaq niyyətindədir. Rəsmi İrəvan da həmin görüşə üstün kartla getməyi hədəfləyir. Qəti şübhə edilmir ki, bu hadisələrin pərdəarxasında Fransa adı xüsusilə dayanır. Emanuel Makronun görünür Ermənistana vədləri hər ötən gün İrəvanı daha çox Azərbaycana qarşı revanşa həvəsləndirir. Regiondakı eskalasiya riski sürətlə artır.

Nikol Paşinyan və onun komandasının hələ də işğalları altında olan Azərbaycan kəndlərini geri qaytarmaq haqda səsləndirdikləri fikirlər də əslində bu oyunun bir parmasıdır. Bu tip bəyanatlarla rəsmi İrəvan dünyaya növbəti dəfə nümayiş etdirməyə çalışır ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalamaq üçün gərəkən addımları atmağa hazırdır. Amma reallı tamamilə fərqli mənzərə ilə üz-üzə qaldığımızı göstərir. Ermənistanın bu dəfə açacağı atəş bu dəfə öz ayağına “sıxmaqdan” betər olacaq. İrəvan bununla özünü ya ömürlük şikəst edəcək, ya da birdəfəlik məhvi fərmanına qol çəkmiş olacaq.

Atabəy Türkel

COMMENTS