Ermənistanın Rusiyaya göndərdiyi məktubda nələr var… – Paşinyan AÇIQLADI

Ermənistanın Rusiyaya göndərdiyi məktubda nələr var… – Paşinyan AÇIQLADI

“Ermənistan Sərhəd Qoşunları ölkə ərazisindəki Rusiya Sərhəd Qoşunlarına məktubla müraciət edərək, onlara Zvartnots hava limanında xidmətlərinə və göstərilən köməyə görə təşəkkür edib”.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib:

“Məlumat veriblər ki, ölkəmizdə dövlət qurumları bu müddət ərzində inkişaf edib. Ermənistan Sərhəd Xidməti artıq Rusiya tərəfinin köməyi olmadan Zvartnots hava limanında xidməti həyata keçirmək üçün kifayət qədər təcrübə, bacarıq və bilik əldə edib”.

“Rusiya tərəfinə göndərilən məktubun məzmunu belədir, qalan hər şey yazıların başlıqlarıdır”, – Paşinyan əlavə edib.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvan şəhərindəki Zvartnots hava limanında Rusiya sərhədçiləri ilə bağlı Rusiyaya rəsmi məktub göndərib. Rəsmi İrəvan bildirir ki, Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir.

COMMENTS