Erməntanın “Armeniya Today” nəşri: “Ermənistan ordusunda silahlı insident”

Dosye.org-un Ermənistanın “Armeniya Today” nəşrinə istinadən verdiyi xəbərə görə, ötən gün Ermənistan ordusunda silahlı insidnt olub. Məlumatat əsasən, 14 fevral 04:40 radələrində N saylı hərbi bölmədə guya gecə növbəsində erməni çavuşu səhvən açılan atəş nəticəsində həyatını itirib. 

Erməni nəşri qeyd edir ki, erməni ailələri, o cümlədən qətlə yetirilən çavuş Armen Osipyanın valideynləri açıqlanan ölüm səbəbi ilə razı deyillər. Mərhum çavuşun valideynləri iddia edir ki, son zamanlar orduda bu cür qətllərin sayı get-gedə artır.

Qeyd edək ki, erməni nəşrinin də bildirdiyi kimi, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

COMMENTS