Erməni deputat: “Azərbaycan Ermənistan hakimiyyəti üçün…”

Ermənistan parlamentinin müxalifətçi üzvü Nikol Paşinyan bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətionun Azərbaycan hakimiyyəti tərəfindən maliyyələşdirilməsinə dair iddianı dərhal araşdırmalıdır.

 

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu açıqlama ilə hakim Respublika Partiyasının fraksiya rəhbəri, deputat Vaqram Bağdasaryanın bir müddət əvvəl verdiyi bəyanata cavab olaraq çıxış edib.

V.Bağdasaryan N.Paşinyanın və digər müxalifətçi deputatların “Azərbaycanın neft dollarları hesabına maliyyələşdirildiyini” demişdi.

N.Paşinyan deyib ki, o, xüsusi xidmət orqanlarını V.Bağdasaryanın iddiasını araşdırmağa çağırır: “Mən indiyə qədər təəccüblənirəm ki, Milli Təhlükəsizlik Xidməti Bağdasaryanın iddiası ilə niyə maraqlanmır. Qoy aşkara çıxarsınlar ki, Azərbaycanın neft dollarları hesabına maliyyələşən kimdir. Əgər beləsi varsa, onun fəaliyyətinin üstü açılmalıdır. Əgər məlum olsa ki bu parlamentin damı altında belə adam yoxdur, o zaman məlum olacaq ki, Azərbaycan Ermənistan hakimiyyəti üçün qaranlıq işlərini həyata keçirmək üçün gizlənməyə imkan verən tüstü rolunu oynayır”.

COMMENTS