Erməni deputatı etiraf etdi: “Müstəqilliyimiz əldən gedir”

“Təəssüf ki, Ermənistan hazırda müstəqilliyini itirmək mərhələsindədir. Müstəqillik xalqların, dövlətlərin xəyalıdır. Müstəqil dövlətdə insanlar etibarlı şəraitdə yaşayırlar və xoş gələcəyə hesablanan proqnozlar verirlər”.

M

odern.az saytı erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Erməni Milli Konqresinin parlament fraksiyasının katibi, deputat Aram Manukyan Ermənistanın müstəqillik əldə etməsinin 23-cü ildönümü ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə Ermənistan son zamanlar müstəqilliklə bağlı məsələlərdə itkilər mərhələsinə keçib. Deputat bildirib ki, Ermənistan hakimiyyəti ölkənin əmlakını şəxsi diplomatiyaya qurban verərək başqalarına verir.

“Bizim hakimiyyət zamanında isə dövlət institutları yaradılmışdı. Ləyaqətli xarici siyasət aparırdıq. Təəssüf ki, indi ölkənin əmlakı şəxsi diplomatiyaya görə başqalarının əlinə keçir”,-deyə Aram Manukyan söyləyib.

COMMENTS