Erməni deputatlardan biabırçılıq

Ermənistan parlamentinin sonuncu iclasında iqtidar və müxalifət deputatları arasında əlbəyaxa dava baş verib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dava Erməni Milli Konqresinin fraksiya rəhbəri Levon Zurabyan və Respublika Partiyasının deputatı Samvel Fərmanyan arasında olub. 

İnsidentlə bağlı jurnalistlərin suallarını cavablandıran Fərmanyan müxalifətçi deputatın onunla kobud danışdığına görə tərbiyələndirici məqsədlə ona bir şillə vurduğunu etiraf edib: 

“Mən “İrs” Partiyasının fraksiya rəhbəri Ruben Akopyanla foyedə danışırdım. Bu an söhbətimizə müdaxilə edən Levon Zurabyan mənimlə kobud danışmağa başladı. Yəqin ailəsində bu cür danışmağa vərdiş edib. Məhz bu anda mən tərbiyələndirici məqsəslərlə ona bir sillə vurdum. Əminəm ki, analoji vəziyyətdə hər bir erməni kişisi mənim kimi hərəkət edərdi”.

COMMENTS