Erməni diasporunun əsl hədəfi puldur – Muradov

Erməni diasporunun əsl hədəfi puldur – Muradov

Gürcüstan bizim üçün strateji məsələdir. Biz 12-13 gün Gürcüstanda olduq. Orada kənd-kənd gəzdik. Artıq tam əminliklə deyə bilərik ki, orada hansı problemlər mövcuddur.

Axar.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Təhsil Naziriyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib olundu:

“Bəzi dərsliklərin çatdırılmasında problemlər var idi. Bu işə nəzarəti gücləndirdik. Marneulidə böyük bir ərazidə Azərbaycan Gənclərinin İnteqrasiya Mərkəzi yaradıldı”.

F.Muradov qeyd edib ki, erməni diasporunun güclü olması şişirdilmiş məsələdir:

“Onlar üçün Ermənistan dövləti anlayışı yoxdur. Onlar ona görə döyüşmürlər ki, Cənubi Qafqazda bir Ermənistan dövləti var. Sırf korporativ maraqlar naminə döyüşürlər. Siz heç vaxt bir ermənidən Ermənistana qayıtmaq istəyini eşidə bilməzsiniz. Ortada böyük bir oyun var. Bu oyunun qanunlarını onlar özləri müəyyən edir. İşin başında kilsə durur. Bütün fəaliyyəti kilsə koordinasuya edir. Həmçinin, bütün dünyanın aparıcı mətbuat orqnanlarında onların nümayəndələri var. “Böyük Ermənistan” desələr də, əslində, merkantil maraqlar güdürlər, ya da bu yolla bizneslərini artırırlar.

Biz onlarla hər yerdə toqquşuruq. Son illərdə daha çox toqquşuruq. Biz xəbərdarlığımızı etmişik. Bizim müqəddəs torpaqlarımızla, mədəniyyətimizlə bağlı tərxibat edəcəklərsə, onqat cavabını alacaqlar. Bu yaxınlarda Lüksemburqda keçirilən “Qarabağ”-“Düdelanj” oyununda da biz bunu gördük. O azərbayacanlıları ora heç kim gönərməmişdi. Onlar özləri getdilər və təxribata cavab verdilər”.

F.Muradov hazırda erməni diasporu ilə daha təmkinli, emosiyasız və nəticəyönümlü mübarizə tədbirləri görüldüyünü vurğulayıb:

“Onlar bir dəqiqə də boş buraxılmır. Onu da deyim ki, Türkiyədə 48 erməni vəqfi qeydiyatdan keçib. Vəqfin səlahiyyəti daha genişdir. Vaxtilə İhsan Doğramacı Vəqfi yaradılmışdı. Professor Aygün Attar vəqfin idarə heyətinin sədri seçildi. Həmçinin, Ankarada Azərbaycan Evi təsis olundu”.

DOSYE.ORG

COMMENTS