Erməni vəkil Türk paşasını təhqir etdi

Robertson Osmanlı dövrünün məşhur triosundan biri olan Tələt Paşanı təhqir edib
“Erməni soyqırımı beynəlxalq yalandır” sözlərinə görə ittiham edilən Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek məsələsinə dair Avropa İnsan Haqları Məhkəməsində (AİHM) keçirilən dinləmələr zamanı Türk paşası təhqir olunub. ANS PRESS-in məlumatına görə, məhkəmədə Ermənistanı müdafiə edən vəkil Ceffri Robertson Tələt Paşanı faşist lider Adolf Hitlerlə müqayisə edib.

Robertson Osmanlı dövründə “İttihat və Tərəqqi” partiyasının məşhur triosundan biri olan Tələt Paşanı (digərləri Ənvər Paşa və Camal Paşa) “Türkiyənin Hitleri” adlandırıb.

Xatırladaq ki, hüquq elmləri doktoru, Türk İşçi Partiyasının sədri, Doğu Perinçek 2005-ci ildə İsveçrədə keçirilən konfranslarda 1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyasının “soyqırım” həyata keçirməsini təkzib edərək “erməni soyqırımı” ideyasını “beynəlxalq yalan” adlandırıb.

2005-ci ilin iyul ayında “İsveçrə-Ermənistan Assosiasiyası” Perinçekin söylədiklərinə qarşı cinayət işi tələb edən şikayətlə İsveçrə məhkəməsinə müraciət edib. 2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq D.Perinçekə 90 günlük şərti həbs cəzası və 3000 İsveçrə frankı cərimənin (2,5 min dollar) ödənilməsinə dair qərar qəbul edib.

2007-ci ilin dekabr ayında məhkəmənin qərarına etiraz edən D.Perinçek öz hüquqlarının pozulması ilə əlaqədar AİHM şikayət edərək, Avropa Konvensiyasının İnsan Hüquqları üzrə qanunun, xüsusilə maddə 7 (qanunsuz cəza) və maddə 10 dair (söz azadlığı) öz narazılığını bildirib. AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edib. 2014-cü ilin martında İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib.

COMMENTS