Ermənilərə ağır zərbə vuruldu

Rusiyada rublun dəyərinin aşağı düşməsi postsovet ölkələrinin əksəriyyətində domino effekti yaradacaq.

 

ANS PRESS-in məlumatına görə, bu barədə Reuters xəbər agentliyinin əməkdaşı Mark Consun araşdırmasında bildirilir.

Ukrayna hadisələrindən sonra rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyaların Rusiyanı çətin vəziyyətə saldığını deyən müəllifin sözlərinə görə, Rusiyada yaranmış belə bir vəziyyət Müstəqil Dövlətlər Birliyinin üzvləri Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Belarus və Ermənistana təsirsiz ötüşməyəcək.

Müəllif qeyd edir ki, 2008-ci ildə Rusiya iqtisadi tənəzzülə uğrayarkən bu ölkələrin də tikinti və bank sektorunda da problemlər yaranmışdı. Çünki adıçəkilən ölkələrin iqtisadi cəhətdən Rusiyadan asıllığı daha çoxdur.

“Rublun dəyərinin aşağı düşməsi MDB ölkələrinə, daha çox bu ilin əvvəlində Rusiya ilə azad ticarət zonasına daxil olan Qazaxıstan ilə Belarusa təsir edir. Ermənistan da çətin vəziyyətdədir. Çünki bu ölkənin ixracının böyük hissəsini Rusiya təşkil edir. Belə ki, bu gəlir Ermənistanın Ümum Daxili Məhsulunun rekord 10%-nin, ödəniş balansının kəsiri üçün böyük əhəmiyyət kəsb edir. Rublun dəyərinin düşməsinin digər böyük təsiri isə pul köçürmələrinədir. Ölkə xaricində işləyən miqrant ermənilərin göndərdikləri pullar dəyərini itirir. Bu pulların da 80%-i Rusiyadan göndərilir”, deyə müəllif qeyd edir.

COMMENTS