Ermənilərə yeni zərbə

Erməni biznesmenin Ağdərə rayonunda inşa etdirdiyi hərbi akademiyanın tikintisi dayandırılıb.

 

ANS PRESS-in məlumastına görə, bu məlumatı kənd administrasiyasının rəhbəri Andrey Sarkisyan verib.

“Tikinti işləri 2 həftədir ki, dayandırılıb. Bunun səbəbi Levon Ayrapetyanın tutulmasıdır. Hərbi akademiyanın birinci mərtəbəsinin tikintisi yekunlaşmışdı. Levon Ayrapetyan zabitlər evinin tikintisini də planlaşdırırdı. O, Qarabağın inkişafı üçün nə isə etmək istəyirdi, – deyə kənd administrasiyasının rəhbəri bildirib.

Qeyd edək ki, əslən Qarabağdan olan erməni biznesmen Levon Ayrapetyan Rusiyada sentyabrın 12-də “dələduzluq” maddəsilə ittiham edilərək saxlanılıb.

COMMENTS