Ermənilər Misirdən qaçır

“Ölkədə yaşayan 45-50 min ermənidən indi cəmi 5 mini qalıb”. 

ANS PRESS-in məlumatına görə, bu barədə “Lusaber” Mədəniyyət Cəmiyyətinin nümayəndəsi və Daşnaksutyun Partiyasının üzvü Suren Bayramov İrəvanda keçirilən 5-ci Erməni Diasporu Forumunda bildirib. 

O söyləyib ki, Misirdə baş verən siyasi proseslər erməni əsilli vətəndaşların bu ölkədə yaşaması üçün problemlər yaradır.

İraqdan olan ictimai xadim Paruyr Akopyan vurğulayıb ki, İraqda cəmi 10 min erməni var və əsasən Bağdadda və Bəsrədə yaşayır: “Biz birlikdə Yaxın Şərqdə erməni yaşayış məskənlərini necə qoruyub saxlamağımızı düşünməliyik.” 

Forumda Suriyada yaşayan ermənilərə maddi və mənəvi dəstək verilməsi, məlum hadisələrlə bağlı ölkəni tərk etmiş ermənilərin sülh şəraiti yarandığı zaman geri qayıtmasının və vətəndaş cəmiyyətinin fəal üzvünə çevrilməsinin vacibliyi vurğulanıb.

COMMENTS