Ermənilər təcili Paşinyanı devirməlidir… – Rusiyalı politoloq

Ermənilər təcili Paşinyanı devirməlidir… – Rusiyalı politoloq

Rusiyalı tarixçi-şərqşünas, keçmiş hərbi müxbir İqor Dmitriyev özünün Telegram-kanalında Ermənistan xalqını təcili olaraq baş nazir Nikol Paşinyanı devirməyə çağırıb.

“Ermənilər təcili Paşinyanı devirməlidir. Bu, bir neçə günün məsələsidir. Nə qədər tez olsa o qədər yaxşıdır”,- rusiyalı politoloq bildirib.

Dmitriyev deyib ki, ermənilərin indi yumruq kimi birləşib Paşinyanı dəstəkləməli olduğu haqda hekayələrə inanmaq lazım deyil. “Paşinyan bu müharibənin günahkarıdır. Ermənistanın opponontləri onun manevrlərindən sonra Yerevanın müttəfiqləri ilə münasibətlərinin zəiflədiyini hiss elədilər. İndi hər itirilmiş insan həyatı onun ətrafındakı qrantyeyənlərin vicdanına yazılır”,-o qeyd edib.

DOSYE.ORG

COMMENTS