Ermənilərdən daha bir TƏXRİBAT – MN-dən REAKSİYA

Ermənilərdən daha bir TƏXRİBAT – MN-dən REAKSİYA

Ermənilərin informasiya təxribatı davam edir. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

DOSYE.ORG

COMMENTS