Ermənistan itkilərinin yeni sayını açıqladı

Ermənistan itkilərinin yeni sayını açıqladı

“Ümumilikdə bu günədək Qarabağda döyüş meydanından 3439 hərbçinin cəsədi çıxarılıb”.

HİT.Az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı deyib.

Avinyan 766 hərbçinin şəxsiyyətinin hələ də müəyyən olunmadığını, bunun üçün DNT testləri aparıldığını bildirib. İşğalçı ölkənin rəsmisi yüzlərlə itkin düşmüş hərbçinin olduğunu da əlavə edib.

“Hazırda ölən və itkin düşənlərlə bağlı konkret rəqəm söyləyə bilmərəm. Amma deyə bilərəm ki, bu rəqəm 4 mini keçməyəcək”, – Avinyan vurğulayıb.

DOSYE.ORG

COMMENTS