Ermənistan müxalifəti aclıq təyin etdi

“Milli özünütəyinetmə” birliyinin rəhbəri Paruyr Ayrikyan Ermənistan prezidenti Serj Sərkisyan istefaya gedənə qədər aclıq aksiyasını davam etdirmək niyyətindədir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda o özü bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunun əleyhinə olan tərəfdarlarının çoxu düşünür ki, aclıq aksiyası bu gün əhəmiyyətini itirib, ancaq müxalifət lideri əmindir ki, Ermənistan rəhbərliyi bu təşəbbüsə laqeyd qalmayacaq. Ayrikyan Sərkisyanın onun məktubuna cavab verməməsinə də təəssüflənib: Serj Sərkisyan məktubuma cavab verməli idi. Qanuna görə, bu onun vəzifəsidir”.

Ayrikyan aclıq aksiyasına sentyabrın 8-də prezident rezidensiyasında başlamaq niyyətindədir. O avqustun 14-də Sərkisyana istefaya getməsi tələbi ilə məktub yollayıb

COMMENTS