Ermənistan müxalifəti mitinq planlaşdırır

Ermənistan müxalifəti ölkədə gözlənilən Konstitusiya islahatları ilə bağlı mitinq təyin edib.

 

Dosye.org “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan parlamentində təmsil olunan üç müxalifət partiyası – “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və“İrs” oktyabrın 10-da etiraz aksiyası keçirməyi planlaşdırırlar.

“Çiçəklənən Ermənistan” təmsilçisi Nairi Zöhrabyan bildirib ki, Daşnaksutyun Partiyası mitinqə qatılmayacaq. Həmçinin 3 partiyanın bölgələrə planlaşdırdığı səfərlər də “Daşnaksutyun”suz keçəcək. N. Zöhrabyan qeyd edib ki, bölgələrə səfər zamanı müxalifətin Konstitusiya islahatları ilə bağlı 12 maddəlik tələbləri seçicilərin müzakirəsinə təqdim olunacaq. Gözlənilən islahatlara görə, Ermənistan prezident idarə-üsulundan parlament respublikası quruluşuna keçəcək.

Qeyd edək ki, Ermənistanın məhz 10 oktyabrda Minsk sammitində Avrasiya Gömrük İttifaqına qoşulması gözlənilir.

COMMENTS