Ermənistana qayıtmaq istəməyən 20 erməni özünü öldürmək istəyir

Bu günlərdə Niderlandın nüfuzu “Volkskrant” qəzetində, Ermənistandakı iqtisadi və siyasi durumun olduqca acınacaqlı vəziyyətdə olması ilə bağlı məqalə dərc olunub.

 

SalamNews xəbər verir ki, məqalədə Niderlandda sığınacaq istəyən ermənilərin acınacaqlı durumu barədə məlumatlar yer alıb.

Yazıda əsas diqqət Niderlandın Den Boş (Den Bosch) bələdiyyə başçısının Niderlandın Ədliyyə və Səhiyyə nazirlərinə yazdığı məktuba yönəlib. Psixoloqların fikirlərinə də xüsusi yer ayıran bələdiyyə başçısı məktubunda, Ermənistandakı acınacaqlı durumla bağlı məlumat verib və qeyd edib ki, buna görə insanlar ora geri qayıtmamaq üçün hər şey edirlər: “Artıq bir neçə erməni özünü öldürüb. Məndə olan məlumata görə, tək bizim bələdiyyədə 20–dən artıq erməni özünü öldürməyi planlaşdırır. Mən 18 ildir ki, bələdiyyə başçısıyam, heç vaxt belə şey görməmişəm və demək bunların bir səbəbi var”.

Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov sayta verdiyi açıqlamasında deyib ki, aidiyyəti vəzifəli şəxslər, o cümlədən psixoloqlar İrəvandakı Nork adlı ruhi xəstələr üçün olan xəstəxanının durumu ilə də maraqlanıblar: “Onlar böyük ehtimalla, psixi problemi olan ermənilərin orda müalicə olunma ehtimalını araşdırmaq istəyiblər. Bir nəfər adı çəkilməyən və Niderlandda status alan şəxs danışıb ki, bir qonşusu Azərbaycana qarşı vuruşub və müharibədən gələndə ağır psixoloji travma alıb. Müalicə məqsədi ilə Norka aparıblar və nəticədə o bir neçə ildən sonra geri dönəndə danışa bilmirmiş. Çünki o, bir zombiyə çevrilib. Həmin yazıda bu ilin birinci rübündə 1115 erməninin qaçqınlar yerinə müraciət etdiyi qeyd olunub.

Başqa bir psixoloq isə bildirib ki, geri göndərilən ermənilərlə Ermənistan polisi köhnə KQB variantı ilə davranır”.

Qeyd edək ki, yazıda Niderlandda status ala bilməyən ermənilərin geri göndərilməsinin, Ermənistandakı hazırkı ağır iqtisadi və siyasi duruma görə, mümkünsüzlüyünə diqqət çəkilib.

COMMENTS