Ermənistanda ara qarışdı: yüzlərlə insan xəstəxanaya HÜCUM ETDİ

Ermənistanda ara qarışdı: yüzlərlə insan xəstəxanaya HÜCUM ETDİ

Ermənistanın Geğarkunik bölgəsinin Gavar şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Dosye.org “News.am” saytına istinadən xəbər verir ki, silahlı hücum zamanı iki nəfər qətlə yetirilib.

Cinayəti törədən Armen və Xaçik adlı qardaşlar hadisə yerini tərk edərkən qəzaya düşüblər. Yaralanaraq xəstəxanaya yerləşdirilən qardaşlar burada qətlə yetirdikləri şəxslərin qohumları tərəfindən hücuma məruz qalıblar.

500 nəfərə yaxın insan polisin barrikadasını yararaq xəstəxanaya hücum edib və qardaşların boğazını kəsib.

Polis isə hər iki hadisəyə müdaxilə etməkdə aciz qalıb.

“Shamshyan.com”un xəbərinə görə, eyni gün Gavarın Azatutyan küçəsində atışma səsləri eşidilib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Öldürülənlərdən birinin “Noratus ayısı” ləqəbli Noratus icmasından, digərinin isə hərbi polis müstəntiqi olduğu bildirilir.

“Armlur.am”ın məlumatına görə, Noratus camaatı ilə Gavarın yetkinlik yaşına çatmayan oğlanları arasında mübahisə düşüb. Yetkinlik yaşına çatmayanların məsələsini həll etmək və tərəfləri sakitləşdirmək üçün hərbi müstəntiq Zorik Paronikyan işə müdaxilə edib. Bundan sonra silahlar işə düşüb.

Faktla bağlı cinayət işi açılıb.

DOSYE.ORG

COMMENTS