Ermənistanda general həbs olundu

Ermənistanda general həbs olundu

Ermənistanın Apellyasiya Məhkəməsi 3-cü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturovun həbsi barədə qərar qəbul edib.

Bu barədə ölkə mediası Baş Prokurorluğun mətbuat katibi Lusine Martirosyana istinadən məlumat yayıb.

“Apellyasiya Məhkəməsi prokurorun vəsatətini təmin edib və Qriqori Xaçaturovu iki ay müddətinə həbs edib”, – deyə o, bildirib.

Xatırladaq ki, bundan əvvəl İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi üçüncü ordu korpusunun keçmiş komandiri general Xaçaturovun həbsindən imtina edib. Daha sonra Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarından Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsinə şikayət təqdim edib.

Qeyd edək ki, Qriqori Xaçaturov xidməti vəzifəsindən istifadə edərək cinayət yolu ilə alınmış xüsusilə külli miqdarda daşınmaz əmlakı leqallaşdırmaqda ittiham olunur. O, 2021-ci ilin iyulunda vəzifəsindən azad edilib.

Xaçaturov həmin ilin fevralında müvafiq sənədi imzalayaraq Baş Qərargahın hökumətin istefası tələbini dəstəkləyib. Generalın atası, Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov vaxtilə eks-prezident Robert Köçəryanla birlikdə konstitusiya quruluşunu devirməkdə ittiham olunub.

DOSYE.ORG

COMMENTS