Ermənistanda istefalar vəziyyəti gərginləşdirdi

Abramyan Sarkisyanın komandasını dağıtmağı planlaşdırır

Ermənistan hökumətində kütləvi istefalar gözlənilir.

ANS PRESS-in məlumatına görə, ölkənin baş naziri Ovik Abramyanın hökumətin son iclasında sərt çıxışı, nazirləri tənqid etməsi erməni mətbuatında geniş müzakirəyə çıxarılıb.

Bildirilir ki, hökumətin iclasından iki gün əvvəl Abramyan bir neçə naziri qəbul edib və onlara Ermənistan iqtisadiyyatını gücləndirmək üçün Rusiya bazarına daxil olmağı, ixracın həcmini genişləndirməyi tapşırıb. Lakin sonradan məlum olub ki, baş nazirin tapşırığının yerinə yetirilməsi istiqamətində işlər həyata keçirilməyib.

Erməni mətbuatı yazır ki, Ovik Abramyanın hökumətin iclasında sərt çıxışı nazirlər kabinetində kadr dəyişiklliklərinin olacağına bir siqnaldır. Bəzi məlumatlara görə, Abramyan sələfi Tiqran Sarkisyanın komandasının üzvlərini hökumətdən təmizləmək istəyir. Ermənistan mətbuatı bir neçə nazirin vəzifədən gedəcəyini proqnozlaşdırır.

COMMENTS