Ermənistanda məhkumlar qiyam qaldırdı

Ermənistanda məhkumlar qiyam qaldırdı

Ermənistanın Nubaraşen həbsxanasında məhkumlar qiyam qaldırıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məhkumlar həbsxanada baş verən qanunsuzluqlara və saxlanılma şəraitinin acınacaqlı olmasına etiraz ediblər.

Məsələ ilə bağlı ədliyyə naziri Rüstəm Badasyan açıqlama verib. Bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Üsyançı məhkumların yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Erməni KİV-lərində yer alan məlumatlara əsasən, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradırlar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılırlar.

DOSYE.ORG

COMMENTS