Ermənistanın sonu çatır – “cücələr” payızda deyil, yayda da “sayıla” bilər…

Ermənistanın sonu çatır – “cücələr” payızda deyil, yayda da “sayıla” bilər…

Paşinyan Sərkisyan rolunda; erməni mediası və təhlilçilər “inqilabi hökumət”ə üsyan püskürdü; baş nazir istefaya gedir?..

Pandemiyanın miqyası və ölüm faizinə görə Ermənistan region ölkələri arasında “liderliyini” inamla saxlayır. Bu da cəmiyyətdə Nikol Paşinyan hökumətinə qarşı onsuz da zəif olan ictimai inamı daha da sarsıtmqdadır. İnqilabdan sonra keçən iki ildə erməni xalqını vəd elədiyi cənnətə qovuşdura bilməyən Paşinyan, üstəlik, yeni və daha sərt koronavirus gerçəyi ilə üzləşib. Sosial-iqtisadi xarakterli köhnə problemlər qat-qat sərt biçin alıb. Müvafiq surətdə sərt tənqidlər də artıb.

“Hərdəmxəyallıq, məsuliyyətsizlik, atılan addımların və deyilən sözlərin məntiqsizliyi, dövlət və siyasətlə bağlı ideya yoxluğu – indiki Ermənistan hökuməti və parlamentinin xarakteristikası bundan ibarətdir”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan özünün Facebook səhifəsində yazıb.

Stepan Danielyan: “Azərbaycanda böyük dəyişikliklər inqilabla ...

Stepan Danielyan

Onun sözlərinə görə, Ermənistanda nəinki dövlətin, həm də məntiq və mənəviyyatın sonu gəlib çatıb. “Dövlət anlayışının müxtəlif tərifləri var. Onların hamısı qanun və məhkəmə hakimiyyətinə əsaslanır. Əgər qanun və məhkəmə hakimiyyəti şübhə altına alınırsa, dövlət tükənir, bitir. Hətta məhkəməyə qarşı hörmətsizlik qanunla cəzalandırılır. Çünki məhkəməyə hörmətsizlik dövlətin varlığını qəbul etməmək anlamına gəlir. Bu, aksiomdur. Hökumət üzvü, nazir isə bəyan edir ki, məhkəmə hakimiyyətinə xalqın etimadı yoxdur. Ardınca məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir, ancaq yenə öz postunda qalır. Biz hələ onun cəzasız qalmasını demirik. Bunu artıq Ermənistan hakimiyyətinin siyasi mahiyyəti saymaq olar”, – deyə Danielyan qeyd edib.

Paşinyan: "Ermenistan ve Karabağ halklarının kabul etmeyeceği ...

Bu arada baş nazir N.Paşinyanın reytinqi düşməkdə davam edir. Ermənistanda bir çoxları artıq anlayıb ki, onun imici bundan sonra güclənməyəcək. Hər halda, “məxməri inqilab”dan sonrakı iki illik hakimiyyət dövrü “dəniz suyunun dadına baxmaq üçün” yetərlidir. O da hamıya aydındır ki, bu minvalla Ermənistanı siyasi ölüm gözləyir. Politik.am-ın Ermənistan hökumətindəki etibarlı mənbələri xəbər verir ki, baş nazirin müavini Tiqran Avinyanın bununla bağlı ciddi narahatlıqlar yaşayır.

“Onun böyük siyasi planları var. Avinyan Paşinyanla birgə batmaq istəmir və hakimiyyəti öz əlinə almaq istəyir. O, Paşinyadan ayrılacağı günə çoxdan hazırlaşırdı. Avinyan hakimiyyəti əlinə almaq əzmindədir və öz ətrafında onu dəstəkləyən biznesmenlər çevrəsi yaradır. Bundan əlavə, media-platformanı öz kurasiyasına götürür, mütəxəssislər və siyasətçilərdən ibarət komanda yaradır”, – deyə məlumatda iddia olunur.

Erməni mediası həmçinin hökumət dəhlizlərində dolaşan belə rəydən yazır ki, hansısa məqamda Nikol Paşinyan üzərindəki yükə, daxilik və xarici təzyiqlərə dözməyərək, özü istefaya gedəcək. Hadisələrin bu cür inkişafında isə Avinyan kompromis rolunda çıxış edə, parlamentdə müvəqqəti olaraq baş nazir seçilə və ölkəni erkən seçkilərə apara bilər.

Qeyd edək ki, 2018-ci ilin dekabrındakı seçkilərlə formalaşan hazırkı parlamenti bir çox siyasi ekspertlər və siyasilər məhz müvəqqəti, keçid dövrünün parlamenti sayırlar. Aydındır ki, parlamentdə hansı qüvvə çoxluqda olacaqsa, yeni baş nazir də həmin çoxluğu təmsil edəcək. Nəzərə alsaq ki, Paşinyan və komandasının reytinqi son iki ildə kəskin düşüb, o zaman budəfəki növbədənkənar seçkilərdə “məxməri” baş nazirin partiyasının (“Mənim addımım”) qalib gəlməyəcəyini söyləmək olar.

Bundan əlavə, xeyli vaxtdır Paşinyana əvəzedici qismində Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Moskvanın adamı sayılan general Artur Vanetsyanın da adı çəkilir. Nikiol Paşinyana qarşı radikal mövqedə olan Vanetsyan artıq siyasi partiya yaratmaq niyyətini də bəyan edib.

*****

Belə  görünür ki, indiki baş naziri hakimiyyətdə yalnız möcüzə saxlaya bilər. Böyük ehtimalla, pandemiya sonrakı dönəmdə Ermənistanda yeni hakimiyyət dəyişikliyinə aparan proseslər vüsət alacaq – təbii ki, həm də satellit Ermənistanın gerçək yiyəsi Rusiyanın diktəsi ilə. Ona qədər isə Paşinyan iqtidarından ictimai narazılığın bir az da artacağı şübhə doğurmur.

“Bu gün Paşinyan mahiyyət etibarilə Serj Sərkisyandan heç nə ilə fərqlənmir – hansı Sərkisyan ki, əvvəlcə hamımıza Avropaya inteqrasiya vədi verdi, sonra isə Putinlə üzbəüz görüşdükdən sonra hər şeyi unutdu və Ermənistanı Avrasiya İqtisadi  Birliyi və KTMT-yə sürüklədi”.

Erməni saytlarından uğursuz cəhd: itki xəbərləri silinir – Foto

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni KİV-də Romella Mnatsakanyan adlı müəllif yazıb.

“Bəli, günah daha çox Serjdədir. Ancaq öncədən bilirdik ki, ondan nə gözləmək olar, Sərkisyanın əsl hədəfləri nədir? Nikoldan gözləntilərimiz isə bambaşqa idi. İlk növbədə də Rusiya ilə münasibətləri yenidən qurmaq kontekstində gözləntimiz vardı. Nikol Paşinyan bizə Ermənistanın köklü maraqlarını qoruyacaq biri kimi görünürdü. Budur, artıq neçənci dəfədir əmin oluruq ki, Paşinyan – yalnızca bizim baş tutmayan xəyallarımızın meyvəsidir. O, yumşaq desək, heç də müdrik deyilmiş, yekunda Rusiya ilə münasibətləri qarşılığında Ermənistan üçün faydalı heç bir şey əldə etmədən kritik həddə çatdırdı. Hətta buna cəsarət də eləmədi. Onun bütün cəsarəti evdədir – harada ki, hamını üzü üstə asfalta sərməklə hədələyir. Xarici səhnədə isə onun özünü asfalta üzü üstə uzadırlar”, – deyə Mnatsakanyan qeyd edib.

Beləcə, Ermənistanda havaların istiləşməsi ilə siyasi intriqalar da qızışmağa başlayıb. Düşmən ölkədə “cücələr” payızda deyil, yayda da “sayıla” bilər…

DOSYE.ORG

COMMENTS