[color=red]Erməni əsir qayıtmaq istəmir[/color]

[color=red]Erməni əsir qayıtmaq istəmir[/color]

iyunun 11-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan tərəfdə saxlanılan hərbi əsir və mülki şəxslərə baş çəkib. Bunu ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, saxlanılan hərbi əsir və mülki şəxslər ailələrinə məlumat göndərib. Eyni zamanda ailələri də göndərilən məlumatlara cavab verib. 

Moderator.az-ın məlumatına görə, erməni əsir Akop İnciqulyan ailəsinə 4 məktub göndərib. O, valideynləri, bacı və qardaşının hərəsinə bir məktub göndərib. Akop İnciqulyan məktubunda Ermənistana qayıtmaq istəmədiyini, üçüncü ölkəyə keçmək üçün ingilis dilini öyrənməyə başladığını yazıb. 

Qeyd edək ki, 2013-cü il avqustun 7-dən 8-ə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

 

COMMENTS