Erməni əsiri Azərbaycan xalqından üzr istədi

Tovuzun Əlibəyli kəndi istiqamətində Azərbaycan sərhədini pozmağa çalışan kəşfiyyat-diversiya qrupunun hərbçilərimiz tərəfindən zərərsizləşdirilən üzvü Karen Petrosyan Şəmkirdəki hərbi birləşməyə gətirilib.

 

ANS PRESS-in məlumatına görə, ilkin sorğu zamanı məlum olub ki, 4 nəfərik qrupun məqsədi ordumuzun mövqelərinin arxasına keçərək təxribat və insan təlafatı törətmək olub.
Zərərsizləşdirilən erməni kəşfiyyatçısının üzərindən çıxan mobil telefonda bir sıra şəkillər və hərbi rəislərin nömrələri aşkar olunub. Şəkillərdə isə erməni kəşfiyyatçılarına təlim keçilən bazanın görüntüləri və ordakı hərbi texnika əks olunub.
Qeyd edək ki, əsir götürülən Karen Petrosyanla birgə sərhədi pozmağa çalışan qrupun digər 3 üzvü hərbçilərimiz tərəfindən öldürülüb. Onlardan götürülən silah-sursat və digər hərbi təyinatlı vasitələr də əsirlə birgə hərbi komandanlığa təhvil verilib.
Hərbçilərimizin suallarına cavab verən Karen Petrosyan törətdikləri əməldən çox peşman olduğunu deyib və Azərbaycan xalqı və prezidentindən üzr istəyərək Ermənistana qaytarılmağını xahiş edib.

COMMENTS