Erməni nazirin köməkçisi: “Putin, özünü güllələ!”

Erməni nazirin köməkçisi: “Putin, özünü güllələ!”

ermeninazir.jpg

Ukrayna Daxili İşlər naziri, erməni əsilli Avakovun köməkçisi Anton Geraşenko canlı yayımda Rusiya Prezidenti Vladimir Putinin ünvanına ağır ifadələr işlədib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası ölkə kanallarına istinadla məlumat yayıb. Canlı verilişdə efirə qoşulan tamaşaçılardan biri Putinin qəddarlığına son qoyulmasının vaxtının çatması barədə fikir səsləndirib. Bu zaman aparıcı proqramdakı qonağa – Geraşenkoya üzünü tutaraq Rusiya dövlət başçısına məsləhətinin nədən ibarət olduğunu soruşub. Nazir köməkçisinin cavabı isə qısa və yaddaqalan olub:
“Mən buradan Putinə səslənirəm – yaxşı olardı ki, o özünü güllələyırdi. Bəlkə bundan sonra o tarixdə müsbət imicli biri kimi qalardı və günahlarının bir qismini yuyardı”. 

 

COMMENTS